Xarici xəbərlər

Hələb yaxınlığında məscidə endirilmiş aviazərbələr nəticəsində 50-dək adam həlak olub

17-03-2017 | 14:15        

  

Suriyanın şimalında məscidə endirilmiş aviazərbələr nəticəsində 50-yə qədər adam həlak olub, 100-dən artıq adam yaralanıb. Ölənlərin əksəriyyəti mülki vətəndaşlardır. Bu barədə Suriyada İnsan Haqlarının Müşahidəsi Qrupu məlumat yayıb. Hava zərbələri endirilən zaman Hələb yaxınlığında yerləşən məsciddə çox sayda adam olub. Sözügedən ərazi müxalif qüvvələrin nəzarəti altındadır. ABŞ silahlı qüvvələrinin mərkəzi komandanlığı məscidi hədəfə almadıqlarını, yaxınlıqda əl-Qaidə terrorçularının toplaşdığı əraziyə aviazərbə endirdiklərini və bir neçə silahlının öldürüldüyünü açıqlayıb.