Xarici xəbərlər

Ermənistanda növbəti etiraz aksiyası keçirilib

17-03-2017 | 11:24        

  

Bütün sahələrdə dərin böhranla qarşı-qarşıya olan Ermənistanda ictimai-siyasi vəziyyət getdikcə gərginləşir. Bir müddət əvvəl həbsxanada 25 günlük aclıq aksiyası keçirən siyasi fəal Artur Sarkisyanın ölümü ölkədə qarşıdurma yaradıb. İrəvanda mərkəzində etiraz aksiyası keçirilib. Armavir vilayətində baş verən silahlı insidentin təfərrüatları da məlum olub.

Ötən gün saat 16 radələrində siyasi fəal Artur Sarkisyan xəstəxanada ölüb. İrəvan xəstəxanasının reanimasiya şöbəsinin baş həkimi Suren Makaryan siyasi fəalın tibb məntəqəsinə ağır vəziyyətdə gətirildiyini bildirib. Onun sözlərinə görə, bir müddət əvvəl həbsxanada 25 günlük aclıq aksiyası keçirən Artur Sarkisyanın orqanizmi buna tab gətirməyib. Siyasi fəal ötən ilin iyulunda Patrul-post xidməti alayının ərazisini tutmuş silahlı qrupun üzvlərini ərzaqla təmin etdiyi üçün həbs olunub. Bir neçə gün əvvəl şərti azadlığa buraxılan Sarkisyanın yaxınları bildriri ki, o özündə deyildi. 

Nikol Paşinyan - “Çıxış” alyansının rəhbəri:

- Biz pul toplayıb onu zaminə buraxdırmışdıq. Onun ölümündə hakimiyyət günahkardır, bu rejim günahkardır. Bu, qaniçən, cinayətkar qruplaşma xalqı məhv etməyi qarşısına məqsəd qoyub. Bu da nəticələri.

Sarkisyanın ölümü İrəvanda qarşıdurmaya səbəb olub. Martın 16-da axşam saatlarından başlayaraq, hüquq-mühafizə orqanlarının əməllərinə etiraz edən İrəvan sakinləri mərkəzi meydana toplaşmağa başlayıb. Daha sonra etirazçılar Maştots prospektində yolu bağlayıblar və Ədliyyə Nazirliyinə doğru yürüş təşkil ediblər. Aksiyaya  azadlıqdan məhrum edilmiş müxalifətçi Şant Arutyunyanın oğlu Şaqenin rəhbərlik etdiyi bildirilir. Yürüş iştirakçıları hökumətə qarşı şüarlar səsləndiriblər. Etirazçılar ölkə prezidentinin istefası tələbi ilə fasiləsiz "oturaq" aksiyası keçirməyə qərar veriblər. Onlar İrəvan sakinlərini faciəvi insidentə münasibət bildirmək üçün martın 17-də Azadlıq meydanına toplaşmağa çağırıblar. Sarkisyan hakimiyyətinin əli olan növbəti insident isə Armavir vilayətindəki Crarat kəndində baş verib.  27 yaşlı Akop Melkonyan və ailə üzvlərinə qarşı zorakılıq olub. Onların icra başçısı, Sarkiyanın yaxın adamı Samvel Qalstyanın göstərişi ilə vəhşicəsinə döyüldüyü bildirilir.

Manvel Melkonyan - Akop Melkonyanın atası:

Ailə üzvlərimdən oğlum, qardaşım, həyat yoldaşım və 17 yaşlı qardaşım oğluna bıçaq xəsarətləri yetiriblər. Qaltsyanın adamları məktəbə daxil olub və onları döyməyə başlayıblar. Kənddə 30-a yaxın avtomatla silahlanmış adam vardı. Oğluma odlu silahdan atəş açıblar. Qardaşım və onun oğlunün sümüklərini sındırıblar.  Bu vəhşilikdir.

Bu qanlı hadisə əvvəlcə cəmiyyətə məktəblilər arasında dava kimi təqdim olunub. Hətta silahlı insident mətbuatdan gizlədilib. Sonra məlum olub ki, bütün bunlar ORO blokunun seçki təbliğatına mane olmaq üçündür. Kənddə siyasi blokun tərəfdarları dəfələrlə icra başçısının təzyiqləri və hədələri ilə qarşılaşıb. Hətta sakinləri silahla hədələyib. Craratlılar bu cür münasibətdən artıq yorulduqlarını deyirlər. Onlar kənddə sadəcə sabitlik və normal yaşayış arzulayılar. Bu isə Ermənistanın hazırki reallığında mümkün görünmür. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.03.2017) :
Azbuludlu Gecə : +4+6 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.7 | Satış: 1.78

Rubl:
Alış: 0.0284 | Satış: 0.0302

Avro:
Alış: 1.8113 | Satış: 1.9041
AzTV TƏQDİM EDİR