Siyasət

Bakı Forumu çərçivəsində “Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış” mövzusunda müzakirələr aparılır

16-03-2017 | 16:06        

  

Beşinci Qlobal Bakı Forumunun ikinci iclasında “Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış” mövzusu ətrafında geniş müzakirələr aparılır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanın moderatorluğu ilə keçirilən iclasda müzakirə olunan mövzunun aktuallığı qeyd edilib.

İclasda Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Ərəb Liqasının sabiq baş katibi Əmr Musa, Argentinanın sabiq vitse-prezidenti Culio Cezar Cobos, Ekvadorun sabiq Prezidenti Rosalia Arteaga, “Ukrayna Üç Min” Fondunun prezidenti, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko iştirak edirlər.