Cəmiyyət

"Ölkəmizi tanıyaq” – 7-ci tur-aksiyaya start verilib

16-03-2017 | 11:32        

  

Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunan maarifləndirici tur-aksiya yenidən start götürüb. Bu gün yüzlərlə gənc ölkəmizin müxtəlif şəhər və rayonlaırna yola  salınıb.

“Ölkəmizi tanıyaq” devizi ilə reallaşdırılan layihənin əsas məqsədi  gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir. Bu layihə gənc nəslin sağlam dünya görüşünün formalaşmasında, Azərbaycanın tarixi, maddi-mənəvi irsi ilə yaxından tanış olmasında mühüm əhəmiyyət kəsb edir. Artıq dördüncü ildir ki, Azərbaycanın ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri bu deviz altında böyük coşqu ilə Vətənimizin müxtəlif bölgələrinə yola düşür.

Tir-aksiya çərçivəsində şagirdlər ölkəmizin bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə tanış olacaq, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən simasını görəcəklər. İndiyədək ildə iki dəfə olmaqla 7 istiqamət üzrə 6 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 10255 nəfər iştirak edib. Bu il martın 16-19 və 23-26 tarixlərini əhatə edən növbəti - 7-ci tur-aksiyada isə 6 istiqamət üzrə 84 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3393 nəfər iştirak edəcək. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 14 minə çatacaq.

“Xəbərlər”, Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.06.2017) :
Azbuludlu Gecə : +17+19 | Gündüz: +27+29
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR