Bölgələr

Cocuq Mərcanlı kəndində yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub

16-03-2017 | 11:30        

  

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri tərəfindən 38 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Kəndin ərazisində gün ərzində 1813 qəlpə aşkar edilib. 30 min 955 kvadratmetr ərazi yoxlanılıb. Mina və partlamamış hərbi sursat isə aşkarlanmayıb. Ümumilikdə ANAMA tərəfindən cəmi 1990 partlamamış hərbi sursat, tank əleyhinə 73 mina və piyada əleyhinə 7 mina aşkar olunaraq zərərsizləşdirilib. Hazırda ərazidə yol çəkilişləri davam edir və artıq bir neçə gün sonra ilk asfalt döşənməsinə başlanılacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.06.2017) :
Azbuludlu Gecə : +17+19 | Gündüz: +27+29
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR