Xarici xəbərlər

Təbliğat kompaniyası zamanı növbəti insident qeydə alınıb

16-03-2017 | 11:25        

  

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimia-siyasi vəziyyət günbəgün gərginləşir. Parlament seçkiləri ilə bağlı təşviqat kompanisında  növbəti insident qeydə alınıb. Bu dəfə “Çıxış” alyansının nümayəndələrinin təbliğatına maneə yaradılıb.

Ermənistanın Təshil nazirliyinin göstərişi ilə  müxalif qüvvələr təbliğat üçün məktəblərə buraxılmırlar. Nor-Nork rayonunda nazirliyinin bu addımı instidentə səbəb olub. “Çıxış” alyansının nümayəndələri bunun qanunvericiliyə zidd olduğunu bildirsələr də onlara əhəmiyyət verilməyib. Bundan sonra isə tərəflər arasında qarşıdruma yaranıb.

Eyni hal bir neçə gün əvvəl Ermənistanın Armavir vilayətindəki Crarat kəndində də baş verib. Bu yaşayış məntəqəsində son bir ayda ikinci silahlı toqquşda qeydə alınıb. Hələ fevralda seçki təşviqat-təbliğat kampaniyası çərçivəsində sabiq müdafiə naziri Seyran Ohanyan, sabiq xarici işlər nazirləri Raffi Ovanisyan və Vardan Oskanyan,  Crarat əhalisi ilə görüş zamanı hakim Ermənistan Respublikaçılar Partiyası təmsilçisi olan kənd icra başçısı Samvel Qalstyan  sakinləri hədələyib. Martın 14-də isə Crarat kəndində “ORO” blokunun tərəfdarları  silahlı hücuma  məruz qalıb. Yaralıların olduğu bildirilir. Əhali, hər seçki kompaniyası ərəfəsində baş verən belə qanlı toqquşmalardan yorulduqlarını deyirlər. Vətəndaşlar həm iqtidardan, həm də müxalifətdən narazılıq edirlər.

“Çıxış” alyansın sədri Nikol Paşinyan əhalini parlament seçkilərində aktiv olmağa çağırıb. Bildirib ki, vətəndaşlar özləri də  dəyişiklik istəməlidirlər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.06.2017) :
Azbuludlu Gecə : +17+19 | Gündüz: +27+29
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR