İqtisadiyyat

Heydər Əliyev Beynəlxalq Aeroportu postsovet məkanında ən yaxşı hava limanı adına layiq görülüb

15-03-2017 | 10:30        

  

Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu “Skytrax World Airport Awards” mükafatına layiq görülüb.

Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildiriblər ki, mükafatın təntənəli təqdimat mərasimi martın 14-də Amsterdamda keçirilib.

“The World Airport Awards” mükafatı hava limanı sənayesi üçün hava limanı müştərilərinin məmnuniyyətinin illik qlobal inspeksiyası zamanı sərnişinlər tərəfindən tanınan ən nüfuzlu qiymətləndirmə hesab olunur. “Skytrax” tərəfindən keçirilən və 550 hava limanı arasında sərnişinlərə xidmət və şəraiti qiymətləndirən hava limanlarının qlobal inspeksiyası dünya hava limanı sənayesi üçün keyfiyyət etalonu sayılır. İnspeksiya və mükafat hava limanının nəzarəti və müdaxiləsindən asılı deyil və buna görə də, hava limanının mükəmməllik və keyfiyyəti üzrə obyektiv göstəricidir.

2017-ci il mükafatları inspeksiya dövründə keçirilən 105 ölkədən 13,82 milyon sərnişinin iştirak etdiyi sorğunun nəticələrinə əsasən təqdim edilir. Bütün dünya üzrə 550 hava limanını əhatə edən və hava limanının səyahətçilər üçün müxtəlif xidmətlərini və əsas fəaliyyət göstəricilərini - qeydiyyat, gəliş, transfer, alış-veriş, təhlükəsizlik, immiqrasiya və s. qiymətləndirən inspeksiya 2016-cı ilin iyulundan 2017-ci ilin fevralınadək keçirilib.

Qeyd edək ki, 2015-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax”ın nüfuzlu “4 ulduz” reytinqinə layiq görülüb və bir daha bu yüksək səviyyədə olduğunu sübut edib. İndiyədək dünyada yalnız 37 hava limanı bu reytinqi qazanıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.06.2017) :
Azbuludlu Gecə : +17+19 | Gündüz: +27+29
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR