Mədəniyyət

“Muğam televiziya müsabiqəsi”nə 20 iddiaçı vəsiqə qazanıb

15-03-2017 | 10:10        

  

Qeyd etdiyimiz kimi “Muğam televiziya müsabiqəsi”nin seçim turuna fevralın 17-də yekun vurulub. 20 iddiaçı – Almaxanım Əhmədli, Nərgiz Nuriyeva, Gülər Babayeva (Bakı), Arzu Mahmudova (Ağcabədi), Atlas Mehdiyeva (İmişli), Rəvanə Əmiraslanlı (Gəncə), Səma Sultanova (Xocavənd), Nüşabə Kərimova (Zəngilan), Türkan Orucova, Çinarə Alıyeva (Sumqayıt), Məcid Asri (İran İslam Respublikası), Pərviz Qasımov, Valid Abdullayev, Vüsal Cəfərov (Ağdam), Məftun Məmmədov (Zərdab), Fərhad Ramazanov (Lənkəran), Mirəli Sarızadə, Taleh Hüseynli (Beyləqan), Nurlan Namazov (Goranboy) və Qənbər Axundov (Laçın) müsabiqəyə vəsiqə qazanıb.

Münsiflər heyətinin tərkibinə - Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və “Mədəniyyət” telekanalının direktor müavini, Əməkdar İncəsənət Xadimi Nadir Axundov daxildir.

AzTV və “Mədəniyyət” kanalları növbəti müsabiqəni martın 18-də, daha sonra isə hər həftələrini birinci və dördüncü günləri yayımlayacaq.

Xatırladaq ki, müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.03.2017) :
Azbuludlu Gecə : +4+6 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.7 | Satış: 1.78

Rubl:
Alış: 0.0284 | Satış: 0.0302

Avro:
Alış: 1.8113 | Satış: 1.9041
AzTV TƏQDİM EDİR