Analitika

Qaçqın və məcburi köçkünlərə qayğı prioritetdir

13-03-2017 | 09:38        

  

Azərbaycan qarşısında duran başlıca problemin – Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün bütün mümkün variantlardan istifadə edir, Ermənistanın qeyri-konstruktiv mövqeyinə rəğmən danışıqları davam etdirir, bölgənin təhlükəsizliyi, sabit inkişafı üçün səylərini davam etdirir. Bununla belə ordu quruculuğunu da davam etdirir, güclü ordunun da təhlükəsizliyin və ərazi bütövlüyünün təminatçısı qiymətləndirir.

Bir milyona qədər azərbaycanlı 25 ildir ki, öz vətənində qaçqın və məcburi köçkün kimi yaşayır. Azərbaycan dövləti bu illər ərzində onların problemlərinin həllini də prioritet vəzifəsi kimi qəbul edib, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli - məişət şəraitinin yaxşılaşması, məşğulluğunun təmin edilməsi, təhsil, səhiyyə məsələlərinin həlli istiqamətində ardıcıl tədbirlər, proqramlar, layihələr həyata keçirib.

Son 10 il ərzində qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 51 fərman və sərəncam imzalanıb, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, həmin Proqrama 2 Əlavə təsdiq edilib.

Beləliklə, gəlin son 10 ildə bu istiqamətdə həyata keçirilmiş bir sıra başlıca tədbirlərin xronikasını nəzərdən keçirək:

-Azərbaycan Respublikasının Prezidenti tərəfindən ötən dövrdə qaçqın və məcburi köçkün problemi ilə bağlı 1 beynəlxalq konfrans, 2 müşavirə, xarici ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri ilə 800-dən çox həmçinin qaçqın və məcburi köçkünlərlə 30 görüş keçirilib.

- Dövlət büdcəsindən ayrılmış vəsait hesabına məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,5 dəfə artırılıb.

- 16 min ailəyə sosial yardım verilib.

- Məcburi köçkünlərə kommunal xidmətlərə görə sərf olunmuş vəsaitin məbləği 4,5 dəfə çoxalıb.

- 64,4 min məcburi köçkün ailəsinin hər biri qış mövsümündə ayda 40 litr ağ neftlə təmin olunur.

- Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin edilməyən 11 min nəfərədək məcburi köçkünə orta aylıq əməkhaqqı ödənilir.

- Son 10 ildə dövlət ali məktəblərində ödənişli əsalarla təhsil alan 8 min 700 məcburi köçkün tələbənin təhsil xərcləri dövlət büdcəsi vəsaiti hesabına ödənilmişdir.

- Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 3,8 milyard manat vəsait sərf edilib. Həmin vəsaitin 1,7 milyard manatı dövlət büdcəsinin, 1,4 milyard manatı Dövlət Neft Fondunun, 378 milyon manatı isə digər təşkilatların payına düşür.

-Hazırda bir nəfər məcburi köçkünə il ərzində xərclənən vəsaitin məbləği 1100 manat təşkil edir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstərici olmaqla, 2003-cü ildəkinə nisbətən 9 dəfə çoxdur.

-Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 15 faizədək azalıb.

-30 şəhər və rayonun ərazisində bütün sosial-texniki infrastruktura malik, ümumi sahəsi 1,5 milyon kvadratmetr olan 57 müasir qəsəbə və yaşayış kompleksi yaradılmışdır. Bu yaşayış məntəqələrinin hamısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

-Həmin yaşayış komplekslərinə çadır düşərgələrində, yük vaqonlarında, fin tipli qəsəbələrdə, məktəblərdə yataqxanalarda tikintisi yarımçıq qalmış binalarda müvəqqəti məskunlaşmış 23,5 min ailə və ya 110 min nəfər məcburi köçkün köçürülüb.

-Yeni yaşayış komplekslərindən 17-si Ağdam, 17-si Füzuli, 11-i Biləsuvar, 6-sı Goranboy, 3-ü Ağcabədi rayonu ərazisində inşa edilib.

-Məcburi köçkünlərin məskunlaşdığı 7 çadır düşərgəsi və 12 fin tipli qəsəbə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ləğv edilib.

-Son 10 ildə qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Dövlət Neft Fondunun və digər mənbələrdən 1 milyard 546.9 milyon manat vəsait sərf olunub.

-Goranboy, Biləsuvar, Sabunçu, Ağdam və Füzuli rayonlarında məcburi köçkünlərin məskunlaşdıqları yeni qəsəbələrdə 6 musiqi məktəbi tikilb istifadəyə verilib.

-Məcbur köçkün qəsəbələrində və yaşayış komplekslərində 32 klub-icma mərkəzi yaradılıb.

-Abşeron, Qaradağ, Şəki, Biləsuvar, Ağcabədi, Beyləqan, Goranboy, Ağdam və Füzuli rayonlarında məcburi köçkünlər üçün salınan yeni qəsəbələrdə parklar və istirahət mərkəzləri istifadəyə verilib.

-Goranboy, Biləsuvar, Sabunçu, Ağdam və Füzuli rayonlarında məcburi köçkünlərin məskunlaşdıqları yeni qəsəbələrdə 6 musiqi məktəbi tikilb istifadəyə verilib.

-Məcbur köçkün qəsəbələrində və yaşayış komplekslərində 32 klub-icma mərkəzi yaradılıb.

-Abşeron, Qaradağ, Şəki, Biləsuvar, Ağcabədi, Beyləqan, Goranboy, Ağdam və Füzuli rayonlarında məcburi köçkünlər üçün salınan yeni qəsəbələrdə parklar və istirahət mərkəzləri istifadəyə verilib.

 - 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin olunmuşdur.

-Fermer təsərrüfatlarında çalışan məcburi köçkünlər üçün dövlət və bələdiyyə ehtiyat fondlarından 50 min hektar torpaq sahəsi ayrılmışdır.

- Yeni qəsəbə və yaşayış komplekslərinin inşası zamanı 70 min nəfərdən çox məcburi köçkün tikinti işlərinə cəlb edilib.

- 1654 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət tərəfindən 23,9 milyon manat, o cümlədən yeni texnologiyalara əsaslanan 3 investisiya layihəsinə 9,3 milyon manat məbləğində güzəştli kredit verilib.

- Füzuli rayonunda 5 min tonluq soyuducu anbar tikilib isyifadəyə verilib.

-Dünya Bankı və Azərbaycan Höküməti arasında bağlanılmış kredit sazişi (“Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi”) üzrə Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 10,8 min nəfər məcburi köçkünə 7,66 miyon manat məbləğində mikrokredit verilib.

-Aqroservis müəssisələri yaradılmış, fermer təsərrüfatları yanacaq, gübrə, toxum və kənd təsərrüfatı texnikası ilə təmin edilib.

***

-Məcburi köçkün qəsəbələrində və yaşayış komplekslərində 644 kilometr su, 1059 kilometr elektrik, 310 kilometr qaz, 75,5 kilometr kanalizasiya, 20 kilometr istilik xətləri çəkilmiş və 8 yanğınsöndürmə deposu tikilib.

***

Məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi ilə bir çox bürokratik əngəllər aradan qalxacaq

Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı bu qəbildən olan insanların sosial müdafiəsini daha da gücləndirəcək.

Bunu Azərbaycan Televiziyasına açıqlamasında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib:

“Fərman eyni zamanda ünvanlılığı artıracaq, aylıq müavinətin çatdırılmasını asanlaşdırılacaq. Tutaq ki, orta hesabla 1 ailənin 4 üzvü varsa, onlar ümumilikdə 144 manat müavinət alacaq. Bu vəsaitin təqribən 1/3-ni kommunal xərclər üçün ayırıb, qalan hissəsi ilə digər zəruri ehtiyaclarını ödəyə biləcəklər.

Baş nazirin müavini bildirib ki, fərmana əsasən bundan əvvəlki bəzi güzəşt və ödənişlər vahid müavinət şəklində birləşdirilir, yəni burada heç bir şey ləğv edilmir.

“Həmçinin bir çox bürokratik əngəllər aradan qalxacaq. Artıq siyahıya düşmək üçün müxtəlif dövlət qurumlarına getməyə, arayışlar toplamağa ehtiyac olmayacaq. Vahid pəncərə sistemi ilə bir siyahı tutulacaq və hər ay o vəsait həmin siyahı əsasında plastik kartlara köçürüləcək. Beləliklə, şəffaflıq təmin olunacaq, müavinətin verilməsi zamanı insan ünsiyyəti aradan götürüləcək”.

Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.06.2017) :
Azbuludlu Gecə : +17+19 | Gündüz: +27+29
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR