Rəsmi xronika

2011-ci ilin ilk “Qarabağ saatı”

26-01-2011 | 18:54        

  

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi  2011-ci ilin ilk “Qarabağ saatı” adlı mətbuat konfransı keçirib. Dağlıq Qarabağ probleminin indiki vəziyyətindən danışan Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu qeyd edib ki, Ermənistan hazirda ən ağır dövrünü yaşayır. Ermənistan iqtisadiyyatı çöküb və bu tənəzüllü iqtisadiyyatın bütün aparıcı sahələrində müşahidə etmək olar. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri  Mübariz Əhmədoğlu deyib. Əsasən Qarabag mövzusuna həsr olunan konfransda politoloq əlavə edib ki,  bu ölkənin xarici ticarətinin həcmi  kəskin azalıb və xarici borcun məbləği rekord səviyyəyə çatıb. Bu problemlərin başlıca səbəbi isə Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasıdır. Mübariz Əhmədoğlu Ermənistanda hakimiyyətdaxili vəziyyətin gərginliyindən də söz acıb. Politolıq Livandakı ermənilərin fəallaşmasını həm dünya, həm də Ermənistanın özü üçün başlıca təhlükə olduğunu vurğulayıb. ASALA  terror təşkilatının Ermənistana toplaşmasını da bu təhlükənin tərkib hissəsi adlandırıb. Mərkəzin sədri deyib ki, ASALA-nın bu ölkədə fəallaşması o deməkdir ki, bir azdan Ermənistanda heç kəs konstruktiv mövqedən bir kəlmə danışa bilməyəcək. Politoloq narahatlıq doğuran bir məsələni də diqqətə çatdırıb ki, bu da Ermənistanın dini faktordan istifadə etməsidir. O bildirib ki, ermənilər regiondakı kilsələrin katolik meylli olduğunu sübut etmək məqsədilə Vatikandan kömək istəyiblər. Bu dini amil məsələsindən istifadə edən ermənlər Gürcüstana da iddialı görünürlər. Mübariz Əhmədoğlu, Dağlıq Qarabağ münaqişənin “saat mexanizmli bomba”ya bənzədib və “Bomba” Ermənistanın ərazisindədir deyib. Politoloq Beynəlxalq təssisatların Ermənistanın mövcud hakimiyyətinə qarşı loyal davranışı müharibəni qaçılmaz etdiyini də təəsüflə qeyd edib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (27.04.2018) :
Aydın Gecə : +9 +11 | Gündüz: +21 +23
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0253 | Satış: 0.0269

Avro:
Alış: 2.044 | Satış: 2.1174
AzTV TƏQDİM EDİR