Cəmiyyət

Alternativ enerji mənbələrindən istifadə aktuallaşır

26-01-2011 | 18:51        

  

Azərbaycanda  günəş və külək enerji qurğuları hələ o qədər də populyar deyil. Əsasən ekologiya, rabitə və özəl sektorda istifadə edilən bu enerji mənbələrinin quraşdırılması ilə məşğul olan şirkətlər də ölkəmizdə azlıq təşkil edir. Bu sahədə mövcud potensialdan faydalanmaq üçün Prezident İlham Əliyev 2011-ci il üçün müəyyən göstərişlər verib.

Azərbaycanda günəş batareyalarının quraşdırılması işində müəyyən təcrübəsi olan Total enerji mühəndisliyi şirkəti 12 ildir ki bu sahə ilə məşğuldur. Şirkət Xınalıq kəndinin yaxınlığında 3750 metr yüksəklikdə ekologiya nazirliyinin Milli Hidrometeoroloji stansiyası və rabitə sektoru üçün 3500 metr yüksəklikdə külək və günəş enerji qidalandırma mənbəyi quraşdırıb. Azərbaycanın yerli şirkətinin belə çətin iqlim şəraiti olan sıldırım dağ  ərazisində bu cür enerji  stansiyalarını qurması isə ciddi təcrübə tələb edir.Şirkət xarici ölkələrdə də bərpa olunan enerji mənbələrinin quraşdırılması işinə də start verib. Artıq şirkət Özbəkistanında günəş enerjisinin istilik sistemlərinə tətbiqi üzrə layihələri icra edir.