Bölgələr

Şəhid Çingiz Qurbanovla vida mərasimi keçirilib

06-02-2017 | 16:08        

  

Ötən il dekabrın 29-da Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş verən döyüşdə şəhid olan Azərbaycan əsgəri Çingiz Qurbanovun nəşi işğalçı ölkədən alındıqdan sonra doğulduğu Qusar rayonundakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ötən il dekabrın 29-da Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş verən döyüşdə şəhid olan Azərbaycan əsgəri Çingiz Qurbanovun nəşi dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılan müntəzəm tədbirlər nəticəsində fevralın 5-də qarşı tərəfdən alınıb. Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində şəhid əsgərlə vida mərasimi keçirildi. Mərasimdə çıxış edənlər şəhidin şərəfli ömür yolu və keçdiyi hərbi xidmətdən danışaraq Çingiz Qurbanovun göstərdiyi mərdlik və şücaətin gənc əsgərlərimizə örnək olduğunu bildirdilər. Azərbaycan Texniki Universitetinin məzunu olan 22 yaşlı şəhid ali təhsilini bitirdikdən sonra ötən ilin iyulunda Qusar rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağrılmışdı. Şəhidin atası Salman Qurbanov oğlunun nəşinin alınmasına görə dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını  bildirərək dedi ki, o da bir şəhid atası kimi torpaqlarımızın işğaldan azad olunması üçün Ali Baş Komandanın əmrinə hazırdır. Sonra şəhid Çingiz Qurbanovun Azərbayacn bayrağına sarılmış nəşi hərbi ehtiram qaydalarına uyğun, fəxri qarovulun müşayiəti ilə dəfn edilməsi üçün doğulduğu Qusar rayonuna yola salındı. Qusarda şəhidin cənazəsini yüzlərlə həmyerlisi böyük ehtiramla qarşıladı. Şəhid əsgər Qusardakı  Şəhidlər xiyabanında dəfn edildi.

Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı Çingiz Qurbanovun xidmət etdiyi hərbi hissəyə təqdim olundu. Yaylım atəşindən sonra şəhid Çingiz Qurbanov torpağa tapşırıldı. Şəhidin məzarı üzərinə əklil və qərənfillər düzüldü.

Xəbərlər”, Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (22.09.2017) :
Aydın Gecə : +20+22 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR