Bölgələr

Fındıq istehsalçıları və ixracatçılarına dövlətin dəstəyi gücləndiriləcək

06-02-2017 | 13:30        

  

Ölkəmizdə böyük ixrac potensialı olan fındıqçılığın daha da inkişafı üçün dövlət proqramı hazırlanır. Bu məqsədlə  Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyi də yaradılıb. Birlik llk müzakirələri  İqtisadiyyat Nazirliyinin dəstəyi ilə şimal və şimal-qərb bölgəsinin fındıq təsərrüfatlarının nümayəndələri ilə keçirib.

Fındıqçılıq qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən əsas sahələrdən biridir. Ötən il Azərbaycandan 20-dən çox xarici ölkəyə 105 milyon ABŞ dolları məbləğində fındıq ixrac olunub. Hazırda respublikamızda fındıqçılıq sahəsində əksəriyyəti şimal-qərb və şimal bölgələrinə aid olmaqla 25 mindən çox ailə-fermer təsərrüfatı çalışır. Bəs assosiasiyaya  üzv olmaları onlara hansı üstünlüyü verəcək?

Zaqatala rayon sakinləri bu yeri saxlamaqda xüsusilə maraqlıdırlar.  Axı bu sahə onlar üçün həm ənənəvidir, həm də  əsas gəlir mənbəyidir. Gəlir isə az deyil və idən ilə də artır. Məsələn, 2016-cı ildə zaqatalalı fermerlər fındıq ixracından 91 milyon manatdan çox gəlir əldə ediblər ki, bu da 2015-ci ildəkindən 44,8 milyon manat çoxdur. Ötən ilin payızında rayon ərazisində 2 min 560 hektar sahədə yeni fındıq bağları salınaraq, bağların ümumi sahəsi 16 min 419 hektara çatdırılıb. Bu artıma nail olan fındıqçıların istəyi budur.