Bakı vaxtı : 
Cəmiyyət

TQDK ilk sınaq imtahanının nəticələrini açıqlayıb

Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən ilk  sınaq imtahanın nəticələri açıqlanıb. Növbəti  sınaq imtahanlarının aprel ayından etibarən müntəzəm olaraq  keçirilməsi nəzərdə tutulub. İmtahanın nəticələri saat 14-dən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet səhifəsində yerləşdirilib. Sınaq imtahanında iştirak etmək üçün 311261460 nəfəri imtahanda iştirak etməyib. 29 nəfər qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə, imtahandan xaric olunub. 1085 nəzarətçi-müəllimin iştirak etdiyi imtahan 108  imtahan rəhbərinin nəzarəti altında keçib. Qeyd edək ki, imtahan paytaxt Bakı ilə yanaşı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində də  keçirilib. Paytaxt Bakı, Sumqayıt və Gəncədə  imtahanlar iki ,digər rayonlarda isə 1 növbədə keçirilib.