Siyasət

DAĞLIQ QARABAĞA PLANLAŞDIRILAN TURİST SƏFƏRLƏRİNİN QARŞISI ALINIB

08-01-2011 | 13:12        

  

Böyük Britaniyadan Dağlıq Qarabağa nəzərdə tutlan qanunsuz turist səfərlərinin qarşısı alınıb. Azərbaycanın bu ölkədəki səfiriliyinin səyləri nəticəsində turist səfərlərinin ləğv edilməsi ilə yanaşı, internet səhifələrində yerləşdirilmiş müvafiq elanlarda çıxarılıb.
Böyük Britaniyanın “Regent Holidays” turizm şirkəti ötən ilin avqustunda Cənubi Qafqazın üç dövləti ilə yanaşı, qondarma “Dağlıq Qarabağ Respublikası”na ilk dəfə olaraq turist səfərli təşkil etməyi planlaşdırır. Bununla bağlı məlumat əldə edən Azərbaycanın bu ölkədəki səfirliyi dərhal turizm şirkəti ilə əlaqə yaradıb. Səfərlərin Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin pozulması kimi qəbul ediləcəyi vurğulanıb. Bununla yanaşı, şirkət rəhbərliyinin diqqətinə beynəlxalq ictimaiyyətin, xüsusilə də Böyük Britaniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi çatdırılıb. Böyük Britaniyanın ölkəmizin ərazi bütövlüyünü birmənalı olaraq dəstəklədiyi bildirilib, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağa icazəsiz səfərlərin qəbuledilməz olduğu, bunu edən şəxslərin gələcəkdə Azərbaycana səfər etmək imkanından məhrum olacağı vurğulanıb. Attıq nəzərdə tutulmuş turist səfərlərinin ləğv edildiyini, internet səhifələrində isə yerləşdirilmiş müvafiq elanların çıxarıdığını bildirilib.