Analitika

Sosial layihələr davam edəcək

16-01-2017 | 10:19        

  

2017-ci ildə də dünyada iqtisadi böhran davam etdi, neftin qiymətində kəskin ucuzlaşma baş verdi, bu dünya bazarındakı qiymətlərə və digər məhsulların dövriyyəsinə təsir etdi, əksər ölkələrdə milli valyutalar dəyər itirdi. Bütün bunlar Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Gəlirlərin azalmasına rəğmən Azərbaycan dövləti sosial layihələri təxirə salmadı, əksinə yeni sosial tədbirlərin icrasına start verdi.

Maaş, pensiya və müavinətlərin artımını, aztəminatlı ailələrə yönəlmiş layihələri, onların mənzil problemlərinin həllinə yönəlmiş tədbirləri çətin 2016-ci ilin sosial tədbirləri kimi xüsusi olaraq qeyd etmək olar.

Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyev ötən ilin sosialyönümlü tədbirlərini belə şərh etdi:

“2016-cı ildə sosial məsələlər də öz həllini tapıb. Sosial siyasət daim bizim əsas prioritetlərimizdən biri olmuşdur. 2016-cı ildə maaşlar 7 faiz, pensiyalar 8 faiz artmışdır. Yenə də artmalıdır. Hesab edirəm ki, 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaqdır. Biz ünvanlı sosial yardım ilə bağlı çox önəmli addımlar atmışıq. Yəni, ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək. Bu yardımın məbləği artır və artmalıdır. Eyni zamanda, sosial ədalətlə bağlı 2016-cı ildə çox önəmli addımlar atılmışdır, xüsusilə kommunal tariflərlə bağlı. Yenə də deyirəm, ehtiyac içində yaşayanlara dövlət öz yardım əlini uzadır və daim bunu edəcəkdir. Orta təbəqənin maraqlarının qorunması üçün çox ciddi institusional islahatlar aparılır, iş yerlərinin yaradılması ilə bağlı addımlar atılır. Varlı təbəqə isə dövlətdən dotasiya, hansısa yardım gözləməməlidir. Ona görə kommunal tariflərin diferensiasiyası da bax, bu sosial ədalət prinsipini əsas prinsip kimi götürmüşdür və hesab edirəm ki, sosial məsələlərin həlli işində biz 2016-cı ildə əldə edilmiş uğurlarla fəxr edə bilərik. Gəlirlərimiz azalır, ancaq insanların maaşları artır. Sosial infrastruktur layihələri icra edilmişdir. 485 məktəb təmir edilmişdir, 29 yeni məktəb tikilmişdir, 41 xəstəxana tikilmiş və ya təmir edilmişdir. Bax, biz bu layihələrə lazımi qədər vəsait ayırırıq və bu, bir daha bizim sosial siyasətimizi göstərir”.

Növbəti il də bu tədbirlər davam edəcək. İstənilən halda, sosial layihələr prioritet olaraq qalacaq. Təhsil və səhiyyə sahəsində sosial infrastruktur layihələri, aztəminatlı ailələrin ev-məişət problemlərinin həllinə yönəlmiş tədbirlər, ümumilikdə yaşayış, rifah səviyyəsinin yüksəldilməsi üçün sosialyönümlü siyasət bu il də başlıca istiqamət olacaq.

Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR