Siyasət

AŞPA Monitorinq komitəsinin həmməruzəçiləri Milli Məclisdə görüşlər keçiriblər

12-01-2017 | 13:55        

  

Ölkəmizə səfəri çərçivəsində Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Milli Məclisdə görüşlər keçiriblər. 

Azərbaycan Avropaya və yerləşdiyi regiona mühüm töhfələr verən ölkədir. Ölkəmiz Avropa Şurası ilə mövcud əməkdaşlığı daha da inkişaf etdirməyə hazırdır. Bu fikir Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin qurumun Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennakla keçirilən görüşündə səsləndi. Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizdə həyata keçirilən islahatlar, Azərbaycanın Avropada demokratiya və qanunun aliliyinin inkişafına verdiyi dəstəkdən danışaraq əsas diqqəti Ermənistanın yürütdüyü işğalçılıq siyasətinə yönəltdi. Bildirdi ki, Ermənistan Dağlqı Qarabağ münaqişəsinin nizamlanması üçün beynəlxalq qurumların qəbul etdiyi qərarları yerinə yetirmir. Bu məsələnin assambleyanın Avropa Şurasına üzv ölkələr arasındakı münaqişələr üzrə xüsusi Alt Komitədə müzakirə olunmasının vacibliyini vurğuladı. Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin həmməruzəçisi Stefan Şennak yola saldığımız il Azərbaycanda mühüm dəyişikliklərin, irəliləyişlərin baş verdiyini dedi. Əlavə etdi ki, ötən il ikitərəfli səylər nəticəsində qurumla ölkəmiz arasındakı münasibətlərdə də vacib addımlar atılıb. Sonra avropalı parlamentarilər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə görüşdülər. Komitə sədrinin müavini Rövşən Rzayev qonaqlara qəbul olunan mühüm hüquqi sənədlər, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verdi.

“Xəbərlər”, Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (22.09.2017) :
Aydın Gecə : +20+22 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR