İdman

Yanvarın 16-da IV İslam Həmrəyliyi Oyunlarının media akkreditasiyasına start veriləcək

12-01-2017 | 13:52        

  

Yanvarın 16-dan bu il Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarının media akkreditasiyasına başlanacaq. Oyunları işıqlandırmaq üçün təxminən 650 jurnalist, fotoqraf və rəsmi yayım hüququ olmayan televiziya şirkətlərinin nümayəndələrinin qeydiyyatdan keçməsi nəzərdə tutulur. Qeydiyyatla bağlı müraciətlər martın 31-dək qəbul ediləcək. Müraciəti təsdiqlənən beynəlxalq media nümayəndələrinə Azərbaycana daxil olmaları üçün viza rolunu oynayacaq müvəqqəti giriş kartı göndəriləcək. Oyunlardan əvvəl mayın 9-da və 11-də Atletlər Kəndinə iki mediatur təşkil ediləcək. Bəzi hallar istisna olmaqla, media nümayəndələrinin Atletlər Kəndindəki yaşayış ərazisinə girişinə icazə verilməyəcək. Lakin iki media turdan birində yaşayış ərazisinə giriş üçün imkan yaradılacaq.