Mədəniyyət

“Oskar” namizədlərinin adları elan olunub

26-01-2011 | 17:36        

  

 

Beverli-Hillsdə Amerika Kino Akademiyasının “Oskar” mükafatına namizədlərin adları elan olunub. “Oskar”ın əsas – “İlin filmi” nominasiyasına 10 film namizəddir. Bunlar Darren Aronofskinin “Qara qu quşu”, Devid O. Rasellanın “Döyüşçü”, Kristofer Nolananın “Başlanğıc”, Liz Xolodenkonun “Uşaqlar qaydasındadır”, Tom Huperin “Kral danışır!”, Denni Boylanın “127 saat”, Devid Finçerin “Sosial şəbəkə”, Koen qardaşlarının “Dəmir güc”, Debr Qranikin “Qış sümüyü” və Li Ankriçin “Oyuncaqların hekayəti: Böyük qaçış” filmləridir. Bu dəfə əsas favorit tarixi dram olan “Kral danışır!” filmidir. Bu ekran əsəri 12 nominasiya üzrə “Oskar”a namizəddir. Bundan başqa filmdə Britaniya monarxı VI Qeorq obrazını yaradan Kolin fert və onun həyat yoldaşı rolunda çəkilən Helena Bonem-Karter də bu mükafatı qazanmaq şansı olanlardan sayılırlar. Cefri Raş isə ikinci plandakı rola görə “Oskar”a namizəddir. Amerika Kino Akademiyası mükafatlarının 83-cü təqdimat mərasimi fevralın 27-də Los-Ancelesdə keçiriləcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR