Siyasət

Yeni Azərbaycan Partiyasında mətbuat nümayəndələri ilə görüş keçirilib

21-07-2016 | 12:49        

  

Milli mətbuatımızın yaranmasının 141 illiyi ilə əlaqədar iyulun 21-də Yeni Azərbaycan Partiyasında jurnalistlərlə görüş keçirilib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov jurnalistləri 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib. O, Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yoldan danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olub. Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı, onun problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.

Sonra milli mətbuatın 141 illiyi münasibətilə jurnalistlərə mükafatlar təqdim edilib.