Rəsmi xronika

Prezident İlham Əliyev İtaliyanın təhsil, universitetlər və tədqiqat nazirini qəbul edib

21-07-2016 | 10:56        

  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də İtaliyanın təhsil, universitetlər və tədqiqat naziri xanım Stefaniya Gianninini qəbul edib.

Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub.