Xarici xəbərlər

Ermənistanda polislə etirazçıların toqquşması nəticəsində 51 nəfər yaralanıb

21-07-2016 | 10:34        

  

Ermənistanda vəziyyət gərginləşib. Polislə ictimai fəallar arasında qarşıdurma yaranıb. 51 nəfər yaralanıb, 30-dan çox etirazçı həbs olunub.

Ötən gecə İrəvanın mərkəzi küçələri döyüş meydanın çevrilib. Qiyamçılara qarşı əməliyyat keçirməyə hazırlaşan hökümət qüvvələri fəalların etirazı ilə üzləşiblər. Bundan sonra isə polislə fəallar arasında qanlı toqquşma baş verib.

Fəallar polisi daş-qalaq ediblər. Polis isə etirazçılara qarşı işıq və səs qumbaralarından yararlanıb. Nəticədə 51 nəfər yaralanıb. Onların əksəriyyəti ağır vəziyyətdədir. 28 polis əməkdaşının da yaralandığı bildirilir. İnsidentlə bağlı 30-dan artıq fəal həbs edilib.

Ermənistan Milli təhlükəsizlik xidmətinin keçirdiyi əməliyyat nəticəsində ictimai fəal Karo Ehnukyan da həbs edilib. Vəkilinin sözlərinə görə, onu “Sasna tsrer” qruplaşmasına yardım göstərdiyinə  görə saxlayıblar. Silahlı şəxslər tərəfindən ələ keçirilən polis bölməsinə  hücumda Karo Ehnukyanın da əli olduğu iddia edilir. Şöbədə hələ də girovlar var. Ötən gecə baş verənlərdən sonra əraziyə əlavə polis qüvvələri yeridilib. Qeyd edək ki, artıq 4-cü gündür silahlı qruplaşma Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayır. Onlar polis tərəfindən saxlanılmış ictimai fəal Jirayr Sefilyanın azadlığa buraxılmasını, hökümətin isə istfaya getməsini tələb ediblər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (22.09.2017) :
Aydın Gecə : +20+22 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR