Siyasət

Azərbaycan-Belçika münasibətləri barədə fikir mübadiləsi aparılıb

21-07-2016 | 09:48        

  

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Belçikanın ölkəmizdəki səfiri xanım Karen Petit ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfir Karen Petit diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Görüşdə ölkələrimiz arasında münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Nazir səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.