Xarici xəbərlər

Kreml Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşəcəyi vaxtı açıqlayıb

20-07-2016 | 15:40        

  

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş avqustun birinci ongünlüyündə Rusiya şəhərlərinin birində baş tutacaq.

Bu barədə məlumat verən Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov görüşün dəqiq yeri və vaxtının hələ ki müəyyən olunmadığını bildirib.

Qeyd edək ki, Türkiyədə dövlət çevrilişinə uğursuz cəhddən sonra iki ölkə başçısı arasında telefon danışığı olub. V.Putinin təşəbbüsü ilə baş tutan danışıqlarda dövlətin fəaliyyətində antikonstitusion hərəkətlərin yolverilməzliyi vurğulanıb.