Xarici xəbərlər

İsveç miqrasiya qanunvericiliyini sərtləşdirib

20-07-2016 | 15:15        

  

İsveçdə  miqrasiya qanunvericiliyini sərtləşdirən yeni qaydalar qüvvəyə minib. Yeni qanuna əsasən, miqrantlara İsveçdə yalnız müvəqqəti yaşamaq icazəsi veriləcək. Digər əsaslarla müdafiəyə ehtiyacı olan şəxslər üçün isə bu müddət 13 ay təşkil edəcək. Miqrant iş tapacağı və özünü təmin edəcəyi təqdirdə yaşamaq üçün icazə daimi verilə  bilər. Yeni qanun, həmçinin ailə və qohumlarla bir araya gəlmə qaydalarında məhdudiyyətlərin tətbiqini nəzərdə tutur. İsveçdə 13 ay yaşamaq icazəsi alan şəxslərin isə ailələrini, ümumiyyətlə, dəvət etmək hüququ yoxdur. Qanunvericiliyə edilən dəyişikliklər ölkəyə olan miqrant axınının qarşısının alınmasına yönəldilən təbdirlər planının bir hissəsidir. Sənəd qarşıdakı 3 il üçün keçərli olacaq. Qeyd edək ki, 2015-ci ildə İsveçə 163 min miqrant gəlib. Proqnozlara görə, bu il ölkəyə daha 100 minə qədər qaçqın gələ bilər. Lakin yanvardan hökumətin sərhəd nəzarəti tətbiq etməsi hazırda ölkədəki qaçqınların sayının son 5 ildə ən aşağı səviyyəyə düşməsinə səbəb olub.