Xarici xəbərlər

Bu gün Türkiyə Təhlükəsizlik Şurasının iclası keçiriləcək

20-07-2016 | 11:20        

  

Bu gün Türkiyə Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Türkiyə prezideni Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə hökumət üzvlərinin toplantısı da olacaq. Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş isə  jurnalistlərə açıqlamasında qeyd edib ki, dövlət çevrilişi cəhdinin bütün fəsadları tezliklə aradan qaldırılacaq.

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiriləcək. İclasda ölkədə hərbi çevrilişə cəhddən sonrakı vəziyyət müzakirə olunacaq. Dövlət çevrilişinə cəhddən sonra atılacaq addımlar Türkiyə prezidentinin rəhbərliyi ilə hökumət üzvlərinin iclasının da gündəmində olacaq. Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş isə  jurnalistlərə açıqlamasında deyib ki, bütün hərbi texnika Türkiyə ordusunun nəzarəti altındadır. O, Türkiyə Silahlı Qüvvələrinin texnikalarının qiyamçıların nəzarəti altında qalması barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib. Qeyd edib ki, dövlət çevrilişi cəhdinin bütün fəsadları tezliklə aradan qaldırılacaq, Türkiyə Respublikası demokratik, dünyəvi, sosial hüquqi dövlət kimi yoluna davam edəcək. Baş nazirin müavini qeyd edib ki, dövlət çevrilişi cəhdinin bütün iştirakçıları, kimliyindən asılı olmayaraq, müəyən edilib cəzalandırılacaq.  Hərbi cevriliş cəhdinə görə həbslər isə davam edir. Artıq 103 general və admiral saxlanılıb. 31 hakim və prokuror haqqında məhkəmə nəzarətinin həyata keçirilməsi barədə qərar verilib. Anadolu Cümhuriyyət Prokurorluğu tərəfindən isə 86 hakim və prokurorun işi üzrə başlanan təhqiqatla əlaqədar daha 39 nəfərin həbsi ilə bağlı məhkəməyə müraciət edilib. Hərbi çevriliş cəhdindən sonra müxtəlif nazirliklərdə, dövlət idarələrində, özəl qurumlarda vəzifəsindən və işindən kənarlaşdırılan şəxslərin sayı 50 minə çatıb. Türkiyənin müxtəlif bölgələrində vətəndaşlar dövlətə dəstəklərini, hakimiyyətlə birliklərini nümayiş etdirirlər. Onlar dövlətə sonadək dəstək verəcəklərini, vətən uğrunda canlarından keçməyə hazır olduqlarını bildirirlər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (22.09.2017) :
Aydın Gecə : +20+22 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR