Mədəniyyət

Bakıda 60-70-ci illərin məşhur musiqilərindın ibarət konsert keçirilir

20-07-2016 | 10:19        

  

Fəvvarələr meydanında Retro Bakı lahiyəsi çərçivəsində konsertlər təşkil edilir. Paytaxt sakinləri və qonaqlar hər həftənin son günlərində 60-70-ci illərin məşhur musiqilərini dinləmək imkanı əldə edirlər.  

Retro Bakı lahiyəsi çərçivəsində təşkil olunan konsertə gələnlər bu dəfə 60-70-ci illərin hit mahnılarını dinlədilər. Nostalji hisslərdən zövq alanların sayı isə hec də az deyildi. Şəhərimizin əcnəbi qonaqları da retro musiqilərdən əsl zövq aldılar.

Maria Miranda - turist ( Meksika)

Bura konserti izləməyə gəlmişik. Musiqiləri çox bəyəndim, dostlarla rəqs etdik. Bakını cox sevirəm bə burada dincəlməkdən zövq alıram. Şəhər müxtəlif dizayna məhsus gözəl memarlığa sahibdir. İnsanlar da çox mehribandılar.

Nikita Maiseyev - turist (Ukrayna)

Bakı gözəl, isti, qonaqpərvər şəhərdir. Burada  xoş pozitiv atmosfer var. Şəhərin müasirliyi və təmizliyi məni valeh etdi. İçərişəhərdə oldum. Tarixi yerdir. Yayın sonlarına kimi Azərbaycanda qalacağam və bir çox yerləri gəzməyi düşünürəm.

Anna Corvella - turist (Meksika)

Bakıda qədimliklə muasirliyin vəhdəti şəhərə xüsusi gözəllik qatır. Şəhər mədəniyyəti, adət-ənənələri ilə seçilir. Bizdə Meksikada belə deyil.  Bura çox maraqlıdır. Qobustanı  ziyarət elədim.  Bir çox muzeylərdə oldum. Açıq havada konsert isə möhtəşəmdir.

Artur İtendir - turist (Fransa)

Azərbaycan haqqında məlumatım az da olsa var idi, ancaq gəlib görəndə bu ölkənin gözəlliyinə heyran qaldım.  İnanılmaz  dərəcədə muasir şəhərdir. Burada xoş vaxt keçirirəm. Şəkidə, Qəbələdə oldum. Təbiətinizə heyran qaldım. Çoxlu muzeylər gördüm. Heydər Əliyev Mərkəzi isə unikaldır.

Vasim Radja - turist (Hindistan)

Şəhərinizi  çox sevirəm. Burada istirahət etmək üçün hər cür şərait var. İçərişəhəri bəyəndim.Qədim yerdir. Yeni tikililər isə xüsusilə diqqətimi cəlb etdi. Alov qüllələri möhtəşəmdir. Bu axşam retro musiqini dinləməkdən zövq aldım. Dostlarla xoş vaxt keçiririk.

Roman Qasprinskiy - turist (Rusiya)

Hər şey superdir. Bakı mükəmməl inanılmaz gözəl yerdir. Mərdəkan , Buzovna, Bilgəhdə oldum. Dənizkənarı bulvara tez-tez gəzməyə gedirəm. Burada xoş vaxt keçirirəm

İsti yay gecələrində, şəhərimizdə açıq səma altında həzin musiqilər dinləyərək, istirahətinizi keçirmək istəsəz gedəcəyiniz daha bir ünvan artıq bəllidir. “Retro Bakı” layihəsi çərçivəsində tədbirlər Fəvvarələr Meydanında müxtəlif konsert proqramları ilə oktyabradək davam edəcək.

“Xəbərlər”, Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (22.09.2017) :
Aydın Gecə : +20+22 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR