Siyasət

Birlik iştirakçısı olan dövlətlərin ekspert qrupunun iclası başlayıb

20-07-2016 | 09:57        

  

Belarus paytaxtında, MDB-nin İcraiyyə Komitəsində Birlik iştirakçısı olan dövlətlərin ekspert qrupunun növbəti iclası başlayıb. İki gün davam edəcək toplantıda  MDB dövlət başçılarının 25 illiyi ilə bağlı Bəyanatın layihəsinə daxil olan irad və təkliflərinə baxılacaq. Bununla yanaşı iclasda hökümət başçıları şurasının yığıncağında müzakirə ediləcək sənədlərə baxılacaq. Sənəd ümumiyyətlə bu ilin martında ekspertlər tərəfindən razılaşdırılıb və daxili koordinasiya zamanı müzakirə olunaraq bir sıra təkliflər və ekspertləri görüşü əsasında hazırlanaraq qəbul edilib. Təmsilçilər həmçinin bir sıra təşkilatı məsələləri də nəzərdən keçirib, yekun qərarlar qəbul edəcəklər.