Digər

Yaxın 3 gün ərzində Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə olacaq

13-08-2011 | 13:38        

  

Havanın hərarəti tədricən yüksəlir. Yaxın 3 gün ərzində Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.

Avqustun 13-də  Bakıda 37º-dək isti gözlənilir. Havanın buludlu olmasına baxmayaraq temperatur ötən günlərə nisbətən yüksəkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin proqnozlarına əsasən Bakıda və Abşeron yarımadasında hava  dəyişkən buludlu olsa da gün ərzində yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə isti təşkil edəcək. Bu da dənizdə istirahəti sevənlər üçün əlverişlidir. Rayonlarda da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Temperatur bu günlərə müqayisədə ayın 16-dək  tədricən yüksələcək. Belə ki, paytaxtda gündüz saatlarında35-39, Mərkəzi Aran rayonlarında 35-39, dağlarda isə 21-30º isti təşkil edəcək.

Yaxın günlərdə Abşeron yarımadasında zəif küləklərin üstünlüyü eləcə də boğanaq, nisbətən rütubətli hava şəraiti  əksər mütiohəss  insanlar üçün əlverişsiz qiymətləndirilir.   

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (30.09.2016) :
Yağış Gecə : +13+15 | Gündüz: +18+20
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5927 | Satış: 1.6902

Rubl:
Alış: 0.0248 | Satış: 0.0268

Avro:
Alış: 1.7794 | Satış: 1.898
AzTV TƏQDİM EDİR