Digər

Avqustun 11-dən etibarən hava mülayimləşəcək

08-08-2011 | 16:47        

  

Ölkə ərazisinə şimaldan hərəkətən edən soyuq hava kütlələri nəticəsində son günlər Bakıda müşahidə olunan buludlu hava şəraiti yaxın günlərdə də davam edəcək. Avqustun 11-i gündüz saatlarından başlayaraq temperatur yenidən yüksələcək. Avqustun 9-da  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin proqnozlarına görə mülayim şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.   Avqustun 10-da isə buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntıların intensiv olacağı ehtimalı var. Şimal küləyi əsəcək. 

Eləcə də bölgələrimizdə əsasən gecə və axşam saatlarında şimşək çaxacağı,  yağış yağacağı gözlənilir. Bəzi yerlərdə isə yağışın lokal leysan xarakterli olacağı dağlıq ərazilərdə isə dolu düşəcəyi ehtimalı var. Temp gündüz Mərkəzi Aran rayonlarında 36 37 dərəcə, dağlarda isə 15-20 dərəcə isti gözlənilir. Lakin ayın 11-i gündüz saatlarından başlayaraq artıq hava mülayimləşəcək. Gün ərzində isə yağmursuz keçəcəyi gözlənilir.

Sinoptiklər avqustun 10-na kimi hökm sürəcək hava şəraitinin orqanizmə təsirini də müəyyənləşdiriblər. Yaxın 2 gün ərzində Abşeron yarımadasında mülayim xəzri küləyi üstünlük təşkil edəcək. Nəticədə avqust ayı üçün nisbətən sərin hava şəraiti hökm sürəcək. Bu da meteohəssas insanlar üçün olduqca əlverişlidir.