Digər

“Mənim Azərbaycanım” müsabiqəsinin qalibləri mükafatlandırılıb

03-08-2011 | 16:11        

  

Müasir İncəsənət Mərkəzində “Mənim Azərbaycanım” müsabiqəsinin bağlanış və qaliblərin təltif olunma mərasimi keçirilib. Müsabiqənin qaliblərinə diplom və müxtəlif hədiyyələr təqdim olunub. 

 “İrəli” İctimai Birliyinin FotoArt layihəsi çərçivəsində həyata keçirdiyi müsabiqəyə 100-ə yaxın iş təqdim olunub və onlardan  56-sı seçilib. İki həftə davam edən səsvermədə 17 mindən çox insan iştirak edib. Mərasimdə ilk 10 yerin sahiblərinə müsabiqədə fəal iştiraklarına görə diplom, ilk 3 yeri tutanlara isə hədiyyələr təqdim olunub.

Onu da qeyd edək ki, müsabiqə iştirakçılarının layihəyə təqdim etdikləri fotolardan ibarət kataloq da hazırlanacaq. 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (01.10.2016) :
Buludlu Gecə : +13+15 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5927 | Satış: 1.6902

Rubl:
Alış: 0.0248 | Satış: 0.0268

Avro:
Alış: 1.7794 | Satış: 1.898
AzTV TƏQDİM EDİR