Xarici xəbərlər

Rusiyanın “Domodedovo” aeroportunda terror aktı törədilib.

25-01-2011 | 15:39        

  

Yanvarın 24-də yerli vaxtla saat 16:32 Moskvanın “Domodedova” Beynəlxalq Hava Limanında baş verən partlayış beynəlxalq reyslərin gözləmə zalında baş verib. Rusiya terrorizm idarəsinin yaydığı məlumatda qeyd olunur ki terrorçu gözləmə zalına daxil olaraq partlayıcı qurğunu məhz həmin məkanda işə salıb. Partlayıcı qurğunun 5-7 ekvivalent gücündə olduğu deyilir. Partlayış baş verən məkanda 1 saat müddətində kəskin dumanlanma müşahidə olunduğunda xəsarət alan və yaralananların evakuasiyası çətinləşib. Son məlumatlarda ölənlərin sayının 35-dən yaralananların sayının isə 135-dən çox olduğu bildirilir. Xəsarət alanlar isə Moskvanın bir necə xəstəxanalarına yerləşdirilib.

Qeyd edək ki, hadisə yerinə gələn Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu hadisə ilə bağlı münasibət bildirib. Diplomat ölən və yaralananlar arasında Azərbaycanlıların olmaması barədə də məlumat verib. P.Bülbüloğlu : “Moskvanın “Domodedova” Hava Limanında gün ərzində paytaxt Bakıya və Bakıdan Moskvaya Azal Konserninin 2 aviareys həyata keçirilir. partlayış baş verən aviareyslərin uçuşunda heç bir gecikmələr müşahidə olunmayıb.”

Hazırda da partlayış baş verən Moskvanın “Domodedova” Hava Limanında Rusiyanın daxili işlər naziri, fövqəladə hallar nazirliyinin, təhlükəsizlik nazirinin əməkdaşları işləyir. partlayışın səbəbləri araşdırılır. Baş vermiş hadisə ilə bağlı Moskva hökumətində terror faktı üzrə cinayət işi açılıb. Rusiya prezidenti Dmitriy Medevedev ölən və yaralananların ailələrinə dövlət qayğısı göstərilməsi ilə bağlı sərəncam imzalayıb.