Analitika

Ermənistanın işğalçılıq siyasəti BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda

27-04-2016 | 10:31        

  

Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hücum diplomatiyasına davam edir. Prezident İlham Əliyev ardıcıl olaraq beynəlxalq tədbirlərdə Ermənistanın yalanlar üzərində qurulan təbliğatını ifşa edir, işğalçılıq faktını önə çəkir, bu ölkənin beynəlxalq hüququn, beynəlxalq təşkilatların tələblərini yerinə yetirmədiyini, Azərbaycanın 20 faizədək torpaqlarını 25 ilə yaxındır ki, işğal altında saxladığını bildirir.

Cari ay ərzində Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində, eləcə də orada keçirilən görüşlərdə, ardınca İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində də Prezident İlham Əliyev iştirakçıların diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Nəhayət, dünən dövlətimizin başçısı daha bir mühüm tədbirdə, bu dəfə Bakıda - BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini diqqət mərkəzinə gətirərək, işğalçıya təzyiq göstərilməli olduğunu bir daha xatırlatdı.

Bu münaqişədən danışan Prezident İlham Əliyev Ermənistanın ölkəmizin BMT tərəfindən tanınan ərazi bütövlüyünü pozduğunu, Dağlıq Qarabağı və ətraf rayonları işğal etdiyini dedi, xalqımızın etnik təmizləməyə məruz qaldığını, Xocalı soyqırımının törədildiyini, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini, işğal olunan ərazilərdə hər şeyin dağıdıldığını bildirdi. “Ermənistan BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması ilə bağlı qətnamələrinə məhəl qoymur”, - deyən dövlətimizin başçısı vurğuladı ki, məsələnin həlli ilə əlaqədar Ermənistana beynəlxalq təzyiq göstərilməli, münaqişə beynəlxalq hüququn normaları çərçivəsində nizama salınmalıdır.

Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.12.2018) :
Yağış Gecə : +3+5 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR