Xarici xəbərlər

ALMANİYADA “KİMYƏVİ QİCS” SƏBƏBİNDƏN 4709 FERMA BAĞLANIB

07-01-2011 | 16:26        

  

Almaniyada dioksin qalmaqalının miqyası artır. Tərkibində toksik maddələr olan qidalar artıq Niderland və Böyük Britaniyada da təhlükə mənbəyinə çevrilib. Almaniyada dioksin qalmaqalı səbəbindən 4709 ferma bağlanıb. Bu barədə rəsmi məlumatı ölkənin Kənd Təsərrüfatı Nazirliyi yayıb. Bir neçə gün əvvəl Almaniyadan ixrac olunan yumurta, toyuq və donuz ətində zəhərli maddə aşkarlanıb. Hökumət bəyan edib ki, heyvan yemlərinin hazırlanması ilə məşğul olan bir şirkət tərkibində dioksin olan və texniki məqsədlər üçün nəzərdə tutulan yem məhsullarını bir neçə gün əvvəl ölkənin 4 federal torpağında fermerlərə satıb. Fermalara satılan zəhərli yemin ümumi miqdarı 3 min tona yaxın olub. Bu yemdən təsərrüfatda istifadə edən bir fermer 100 min yumurtanı Niderlanda ixrac edib. Almaniyadan gələn və tərkibində dioksin olan yumurtalar Britaniyada da aşkar edilib. Avropa Komissiyasının məlumatına görə, Böyük Britaniyaya tərkibində toksik maddələr olan 14 tona yaxın məhsul ixrac olunub. Onların arasında mayonez, şirniyyat, hətta şampun da var. Ümumdünya Səhiyyə Təşkilatı “kimyəvi Qics” adlandırdıqları bu dioksinləri Planetin ən təhlükəli maddələri siyahısına daxil edib. Təşkilat rəsmilərinin sözlərinə görə, bu cür təhlükəli maddələrin olduğu məhsulları yeməklə insanlar daha çox onkoloji xəstəliyə tutulurlar.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR