Xarici xəbərlər

“Fələstin İsrailə heç bir güzəştə getməyəcək...”

25-01-2011 | 13:32        

  

“Əl Cəzirə” kanalı 2008-ci ildə Fələstin və İsrail nümayəndələrinin məxfi yazışmalarının bəzi hissələrini açıqlayıb. Yazışmalardan məlum olur ki, hər iki tərəf ərazi mübadiləsinə hazırlaşır və İordan çayının qərb sahilində bir çox yəhudi məskənlərinin İsrail ərazisinə birləşdirilməsi nəzərdə tutulur. Bu, Fələstin ərazisinin 6,8 faizidir. Fələstinlilərə isə bunun qarşılığında İsrail ərazisinin 5,5 faizi veriləcək. Sənədlə bağlı Fələstin Muxtariyyatının rəhbəri Mahmud Abbas bəyanat yayıb. Bəyanatda deyilir ki, bu sənədlər Fələstinin deyil, İsrail tərəfinin mövqeyini bildirir. Mahmud Abbas onu da əlavə edib ki, sənəd İsrail tərəfindən təqdim olunub. Qeyd edək ki, “Əl Cəzirə”nin təqdim etdiyi materiallar min 600 səhifəlikdir. Sənədlərə görə, əsas problem Qüdsün statusu barədə fikir ayrılığıdır. Hər iki tərəf öz mövqeyinin qeyri-şərtsiz olduğunu iddia edir. 1967-ci ildən etibarən Qüds tamamilə İsrailin nəzarətindədir. Və ölkə rəhbərliyi şəhərin bölünməsi planlarını qəbul etmir. Fələstinlilər isə öz növbələrində Qüdsü gələcək müstəqil Fələstin dövlətinin paytaxtı hesab edirlər.