Bölgələr

Göygöl rayonunda Olimpiya İdman Kompleksinin tikintisinə başlanılıb.

25-01-2011 | 13:22        

  

Göygöl rayonunda Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində gənclər və idman naziri Azad Rəhimov və Göygöl rayon icra hakimiyyəti başçısı Arif Seyidov iştirak edib. Gənclər və idman naziri təməli qoyulan idman kompleksinin ölkədə sayca 39-cu olduğunu, onlardan 28-nin istifadəyə verildiyini, 11-nin isə tikintisinin davam etdirildiyini bildirib. Göygöl Olimpiya İdman Kompleksinin 1000 nəfərlik universal idman zalı, üzgüçülük hovuzu, güləş zalı, 2 min nəfərlik stadionu, mini-futbol zalı, voleybol meydançası olacaq. Kompleksə mehmanxana və kotteclər də daxildir. Bu baxımdan kompleks həm də turizmin inkişafı baxımından əhəmiyyətlidir.
Azad Rəhimov qeyd edib:Bu ili ölkə prezidenti tərəfindən turizm ili elan olunub. Biz çox sevinirik ki, bu kompleks tək idmana yox, həm də turizmə xidmət edəcək. Burada otel və kotteclər nəzərdə tutulub. Bu kompleks idmançılar üçün də çox əhəmiyyətlidir. Çünki dəniz səviyyəsindən 800 metr yüksəklikdədir. Bu isə idmançılara çox vacibdir.”