Rəsmi xronika

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə Başsağlığı teleqramı ünvanlayıb

25-01-2011 | 12:46        

  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevə Başsağlığı Teleqramı ünvanlayıb.

Teleqramda deyilir:

 

Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Dmitri Medvedevə

 

Hörmətli Dmitri Anatolyeviç!

“Domodedovo” aeroportunda törədilmiş terror aktı nəticəsində çoxlu insan tələfatı haqqında xəbər məni dərindən sarsıtmışdır.

Biz terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyirik.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzulayıram.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 24 yanvar 2011-ci il.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR