İdman

“Rossiya 24” kanalı Bakıda keçiriləçək “Formula-1” yarışlarına həsr olunmuş reportaj yayımlayıb

10-03-2016 | 10:06        

  

Rusiyanın “Rossiya 24” kanalı Azərbaycanda keçiriləçək Formula 1 yarışlarına həsr olunmuş video material yayımlayıb. Reportajda ölkəmizin bu yarışlara neçə hazırlaşdığından bəhs edilir.

Reportajda qeyd olunur ki, Birinci avropa oyunlarının ardınca ölkəmiz, daha bir idman yarışını qebul etməyə hazırlaşır. Rusiyalı müxbir qeyd edir ki, artıq Azərbaycan rusiyalı turistlər tərəfində seçilən gəzməli,görməli şəhərlər siyasında ilk 3lükdə qərarlaşıb. Bakıda keçiriləçək formula bir yarışları isə ölkəmizə olan diqqəti daha da artırır. Əlavə olunur ki, formula bir yarışlarının əsas tanıtımı promotırların üzərinə düşür, çünki bu yarışlar fərqli və ölkəmiz üçün yenidi. Reportajda həmçinin vurğulanır ki, yarışların keçirilməsi üçün paytaxtda təşkilatı işlər davam edir və formula 1 üzrə ikiqat dünya çempionu və hazırda McLaren Honda komandasının heyətində yarışan Fernando Alonso, 2016 Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi kimi Bakıya gəlib. Reportajda deyilir ki, Fernando Alonso Formula 1-in ən yeni şəhər treki hesab olunan Bakı şəhər halqasına baş çəkib və burada trekin özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış olub.

Rusiyalı Jurnalist Daniil Maxalin sonda qeyd edir ki, keçmişlə müasirliyin vəhdətini gözəl şəkildə təcəssüm etdirməyi bacaran Azərbaycan paytaxtı, iyunun 17dən 19 na kimi,formula birin pilotları ilə yanaşı, odlar diyarına gələn hər kəsin hafizəsində özünün əsrarəngizliyi ilə yadda qalaçaq.

“Xəbərlər”, Azərbaycan Televiziyası