Cəmiyyət

“Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ölkə şəhərlərinin baş planını hazırlayır

09-03-2016 | 10:13        

  

Dövlət başçısının müvafiq sərəncamına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsində paytaxt,  eləcə də  regionların sosial-iqtisai inkişafının sürətləndirilməsi ilə bağlı ardıcıl tədbirlər  həyata keçirilir. Görülən işlər sırasında  bir sıra  rayonların baş planlarının layihələndirilməsi məsələləri də var.

Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlayihə” Dövlət Baş Layihə institutunda  paytaxt və regionların  inkişaf planı üzərində  işlənilir. Bu layihələr əsasən Göygöl, Masallı, Salyan və Xaçmaz  rayonlarını  əhatə edir. İlk növbədə ölkə şəhərlərinin yeni baş planlarının hazırlanması tapşırılıb. İnstitutun direktoru Süleyman Cabbarov deyir ki,  Planlaşdırma sənədlərinin hazırlanması zamanı  ilk növbədə məskunlaşma ərazilərinin  inkişaf perespektivləri nəzərdən keçirilir.

Süleyman Cabbarov - “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru:

Ölkə Prezidenti möhtərəm İlham Əliyev cənablarının 26 fevral 2016-cı il tarixli sərəncamı və Nazirlər Kabinetinin müvafiq qərarinin icrası ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qarşısında mühüm vəzifələr qoyulub. Sərancamdan irəli gələn məsələlərdən biri də paytaxtımızda köhnə binaların sökülərək yerində inşa olunacaq daha müasir yaşayış binalarının layihələndirilməsidi.  Bu işlər görülərkən müasir memarlıq və şəhərsalma prinsiplərinin qorunub saxlanilması diqqətdə saxlanır.

Şəhərlərin və digər yaşayış məntəqlələrinin baş planlarının hazırlanması üzrə sifarişçi funksiyalar da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. İndiyə qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ölkəmizin 42 şəhəri üzrə  baş plan sənədləri  sifariş edilib. Bunlardan 37 şəhərin baş planları artıq tərtib olunub. 5 şəhər üzrə  layihə işləri davam edir, məlumatların toplanılması və təhlili aparılır. Yaxın 5 ildə qalan şəhərlərin  baş planlarının hazırlanması da nəzərdə tutulur.

“Xəbərlər”, Azərbaycan Televiziyası