Xarici xəbərlər

Ermənistan inqilabi çevriliş astanasındadır

24-01-2011 | 16:25        

  

Ermənistanda iqtisadi böhran dərinləşir. 24 yanvardan etibarən  Ermənistanda un və un məmulatlarının yenidən qiyməti artıb. Ekspertlər bu artımın ərzaq məhsullarında bahalaşmaya səbəb olacağını bildiriblər. Son dövrlər Ermənistanda hakim rejimin kadr dəyişiklikləri hakimiyyətin nüfuzuna ciddi təsir edib və bu, hakimiyyətin dəyişməsi ilə nəticələnə bilər. Bu bəyanatla isə erməni ekspert Manvel Sarkisyan çıxış edib. Onun sözlərinə görə,  hazırda Ermənistanda vəziyyət çox gərgindir. Hətta Tunisdə baş verənlərin Ermənistanda da təkrarlanacağı istisna deyil. Manvel Sarksiyan onu da qeyd edib ki, artıq xarici ekspertlər də Ermənistanda hakimiyyət devrilməsinin mümkünlüyünü  bildirirlər. «Kadr dəyişiklikləri, «ALM» telekanalının dövlət tərəfindən rəsmi təzyiqlərə məruz qalması onu göstərir ki, hakimiyyət özü də vəziyyətin çətinliyini, uzun müddət belə davam edə bilməyəcəyini anlayır. Məhz bu səbəbdən hər hansı addım atmaqla vəziyyətdən çıxış yolu axtarılır”-deyən erməni ekspert bildirib ki, Ermənistanda da iqtisadi böhran əhalini müflis vəziyyətə salıb. “Ermənistanı bu vəziyyətdən qurtarmaq üçün isə inqilabi çevriliş labüddür”-erməni ekspert belə deyib.