İdman

Bu gün "Qızıl top"un sahibinin adı açıqlanacaq

11-01-2016 | 13:46        

  

Bu gün 2015-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanacaq. Apasport.az saytının məlumatına görə, “Qızıl top” mükafatının yeni sahibi İsveçrənin Sürix şəhərində keçiriləcək tədbirdə bəlli olacaq.

Mərasim Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Mükafata “Qızıl top”un 4 qat (2009, 2010, 2011, 2012) qalibi Lionel Messi, “Barselona”nın digər üzvü Neymar və 3 dəfə (2008, 2013, 2014) bu titula layiq görülmüş Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo namizəddir.

Səsvermədə yığma komandaların baş məşqçiləri və kapitanları, həmçinin jurnalistlər iştirak ediblər.