İdman

Millimiz Belarusla qarşılaşacaq

11-01-2016 | 13:38        

  

FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının qarşılaşacağı sonuncu komanda müəyyənləşib.

Yığmamız 7-ci yer uğrunda oyunda Belarusun U-19 komandası ilə üz-üzə gələcək. Qarşılaşma yanvarın 12-də Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək.