Rəsmi xronika

Prezident İlham Əliyev Bakı Bulvarında yenidənqurma işlərinin gedişi ilə tanış olub

21-01-2011 | 18:24        

  

 

Prezident İlham Əliyev yanvarın 21-də Bakı Bulvarının genişləndirməsi proqramı çərçivəsində həyata keçirilən yenidənqurma işlərinin gedişi ilə tanış olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə  yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin  sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı 2011-ci ildə qarşıda duran vəzifələr sırasında  Bakı Bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsi haqında tapşırıqlar vermişdir. Azərbaycan Prezidentinin tapşırıqlarının həyata keçirilməsi ilə əlaqədar Bakı Buxtasında yerləşən bir sıra müəssisə və obyektlərin, o cümlədən Xəzər Dəniz Gəmiçiliyinin Gəmi Təmiri Zavodunun və digər sənaye obyektlərinin köçürülməsi zərurəti yaranıb. Verilən tapşırıqların operativ həlli istiqamətində görülən işlərlə tanış olmaq üçün yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəmi Təmiri Zavodunun ərazisinə gəlib. Dövlət başçısı Gəmi Təmiri Zavodunun sökülən hissəsində işlərin gedişi  ilə yaxından tanış oldu, müvafiq tapşırıq və tövsiyələrini verib.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (22.01.2019) :
Azbuludlu Gecə : +1+3 | Gündüz: +8+10
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR