Bölgələr

Borçalıda qədim dövrə aid yeni tarixi nümunələr aşkarlanıb

02-07-2011 | 18:45        

  

Gürcüstanda soydaşlarımızın yığcam yaşadığı Borçalı bölgəsinin Marneuli rayonunda qədim dövrə aid yeni tarixi nümunələr aşkarlanıb.

Gürcüstan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Marneuli rayonunun İlməzli kəndi ərazisində apardığı arxeoloji qazıntılar zamanı 20-dan çox qədim dövrə aid tarixi abidələr aşkar edib. Tarixi abidələrə insan məzarları və çox qədim yaşayış yerinin divar qalıqları daxildir. Aparılan qazıntılar nəticəsində İlməzli  kəndinin Kür çayının  sahilində “Yağılca” adlanan hissəsində eramızdan əvvəl  VII-IV yüzilliklərə aid bir neçə nekropol üzə çıxarılıb. Arxeoloji qazıntı aparılan 2 nekropolda Qafqaz Albaniyasının antik dövr mədəniyyətini, sənətkarlığını əks etdirən onlarla saxsı qab aşkar edilib. Həmin ərazidə arxeoloji qazıntılar 2010-cu ilin martından aparılır. Hazırda geniş ərazi olan beşinci sahə arxeoloji cəhətdən öyrənilir. Ərazidə bir sıra tikinti qalıqları, o cümlədən XVIII əsrə aid küçələr, istehsalat ocaqları, ətrafı daşla hörülmüş su quyuları aşkarlanıb.