İqtisadiyyat

2010-CU İLDƏ 500 İCMAYA MALİYYƏ YARDIMI AYRILIB

07-01-2011 | 16:28        

  

2005-ci ildən Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən kənd investisiya layihəsi bu il də davam edəcək. Bu məqsədlə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında danışıqlar aparılır. “Kənd İnvestisiya Layihəsi”nin əsas məqsədi kənd icmalarına maliyyə yardımı göstərməklə onların infrastruktur problemlərinin həllinə yardım etməkdir. Layihənin direktoru Sübhan Əsgərovun sözlərinə görə layihələrə kəndaxili yolların bərpası, içməli su təminatı, su təmizləyici qurğuların qoyulması və bu kimi digər işlər daxildir. Ötən il 500 icmaya infrastruktur layihələrinin icarsı ilə bağlı yardım edilib. Yeni kreditin alınması istiqamətində Azərbaycan höküməti ilə Dünya Bankı arasında danışıqlar aparılır. Bu məqsədlə Bankın əməkdaşları dekabrda ölkəmizdə olub. Qeyd edək ki, hazırda kənd investisiya layihəsi ölkənin 5 zonasında həyata keçirilir. Bura Şimal, Şimal-Qərb, Naxçıvan Muxtar Respublikası, Muğan-Salyan zonalarıdır.