Xarici xəbərlər

Avstraliya və Çində qeyri-sabit hava şəraiti fəsadlar yaradıb.

21-01-2011 | 15:49        

  

Avstraliyada daşqınlar səngimir. Təbii fəlkaət “yaşıl ada”nın bir neçə ştatında həyatı iflic edib. Şimal və şimal qərb bölgələrdəki çaylarda suyun səviyyəsi artıb. Vimmera çayının məcrasından çıxması nəticəsində yollar su altında qalıb.  Dimbola şəhərində sakinlər evlərini tərk etmək məcburiyyətində qalıblar. Daşqın suları şəhərdə 24 evi tamamilə dağıdıb. Fövqəladə xidmət çayətrafı ərazilərdə yaşayan insanlara evlərini təcili tərk etmək barədə xəbərdarlıq yayıb. Təbii fəlakət Kvinslend və Viktoriya ştatlarında da ciddi fəsadlara səbəb olub. Bu ştatlarda onlarla şəhər su altında qalıb. Kvinslənd ştatının ən böyük şəhəri olan Brisben və yaxınlığındakı İpsviç şəhərində isə daşqınlardan sonra güclü qasırğa baş verib.  Qasırğanın episentrində küləyin sürəti saatda 95 kilometr olub. Güclü külək ağacları kökündən çıxaraq evlərin və avtomobillərin üzərinə aşırıb. Bölgədə 24 min ev və ofis işıqsız qalıb. Çinin Şanxay şəhərində isə güclü qar yağıb. Əlverişsiz hava şəraiti səbəbindən Şanxay aeroportunda yüzlərlə beynəlxalq və daxili uçuşlar təxirə salınıb. Qarlı hava şəraiti Çinin cənubundakı 6 əyalətdə nəqliyyatın hərəkətini iflic edib. Elektrik xətləri sıradan çıxıb. Nəticədə Yunnan əyalətinin 8 şəhəri işıqsız qalıb. Yollar buz bağladığından 20 kilometr uzunluğunda tıxac yaranıb.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR