İqtisadiyyat

Bu il sosial ipoteka kreditləşməsinə 14 milyon manat vəsait ayrilib

21-01-2011 | 15:02        

  

2011-ci ildə Azərbaycanda “Tikinti əmanət bankları haqqında” qanun qəbul ediləcək. Milli Məclisdə qanun qəbul edildikdən sonra Mərkəzi Bank tərəfindən ipoteka kreditləri üzrə digər bir model - alman modeli tətbiq ediləcək. Azərbaycanda sosial ipotekanın verilməsi şərtlərində hər hansı dəyişiklik gözlənilmir. Amma mövcud ipoteka modelinin təkmilləşdirilməsinə ehtiyac var. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə bu ilin dövlət büdcəsində sosial ipoteka kreditləşməsinə 14 milyon manat vəsait ayrılıb. İl ərzində bu vəsaitin əhaliyə çatdırılması planlaşdırılır. İpotekanın verilməsinin yeni sistemi yaradılacaq. Bu model əhalinin əmanətlərinin yığımları vasitəsi ilə həyata keçiriləcək. Hazırda Mərkəzi Bankın hökumətlə birlikdə sosial və kommersiya ipotekasının genişləndirilməsi imkanlarının artırılması və eyni zamanda mövcud ipoteka modelinin təkmilləşdirilməsi istiqamətində intensiv işlər görülür. Mərkəzi Bankın sədri hesab edir ki, bazarda sosial və kommersiya ipotekasına tələbin artması tikinti sektorundakı aktivliklə bağlıdır. Azərbaycana valyuta axını və ölkədə dolların artması manatın məzənnəsinin müəyyən yüksəlişinə şərait yaradıb. Elman Rüstəmov bildirib ki, bu proses nəzarət altında baş verir. Elman Rüstəmov: “

Bu, bizim qeyri-neft ixracatımıza müəyyən dərəcədə maneə törədə bilər. Amma inflyasiyanın həddə saxlanılması baxımından bu müsbətdir. Valyutanın bahalaşması idxalın ucuzlaşması deməkdir. Ona görə də AMB-nin qarşısında duran başlıca vəzifə ixracatçıları müdafiə etməklə inflyasiyanı birrəqəmli səviyyədə saxlanılması kimi dilemmanı həll etməkdir. Mərkəzi Bankın köçürülməsi məsələsinə gəlincə Elman Rüstəmov  bildirdi ki, yeni inzibati bina Bakı şəhərinin Heydər Əliyev prospektində tikiləcək. Binada müasir avtomatlaşdırılmış pul-xəzinəsi qurulacaq və ölkədə çıxarılan qızılı saxlamaq üçün xəzinə yaradılacaq. Elman Rüstəmov hazırkı binanın söküləcəyi ilə bağlı yayılan xəbərləri isə təkzib etdi. Bildirdi ki, binanın tikintisinə o zaman 30 milyon dollar vəsait xərclənib və bu bina ölkənin müvafiq qurumlarının balansına verilə bilər.

 


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR