İqtisadiyyat

Qiymətli kağızlar bazarının inkişafı layihəsinin icrasına başlanacaq

21-01-2011 | 13:57        

  

Bu ilin ortalarında Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi  ilə Dünya Bankı “Azərbaycanın qiymətli kağızlar bazarının inkişafı” layihəsinin icrasına başlayacaq. Bu barədə Komitə sədri Rüfət Aslanlı məlumat verib.

 “Azərbaycanın qiymətli kağızlar bazarının inkişafı” layihəsi çərçivəsində əsasən qiymətli kağızlar bazarı haqqında qanunvericiliyin növbəti təkmilləşdirmə mərhələsi, bazar infrastrukturunun təkmilləşdirilməsi, ticarət proseslərin vahid elektron platformada avtomatlaşdırılmasına diqqət yetiriləcək. Rüfət Aslanlı : “Artıq Dünya Bankının müvafiq qurumları ilə danışıqlar başa çatıb. Yaxın dörd ay ərzində Dünya Bankının daxili proseduralar tamamlanacaq və layihəyə ilin ortalarında start veriləcək”.
 İl ərzində Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə səhmdarların hüquqlarının pozulması ilə bağlı 300-dək müraciət daxil olub.  Müvafiq araşdırmalar aparılıb, Mülki və İnzibati Xətalar Məcəllələrin tələblərinə müvafiq olaraq pozuntulara yol vermiş səhmdar cəmiyyətlərə qarşı cərimə sanksiyaları tətbiq edilib və xəbərdarlıq olunub. Hazırda ölkədə 1700-ə yaxın səhmdar cəmiyyət fəaliyyət göstərir.

 

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR