Xarici xəbərlər

AŞ-nın insan hüquqları üzrə komissarı T.Hammerberq Ermənistanda siyasi məhbuslarla görüşüb

21-01-2011 | 12:53        

  

Ermənistana səfər edən Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberq əsas diqqəti siyasi məhbuslar probleminə yönəldib.  O, səfər çərçivəsində ölkədəki siyasi məhbuslarla görüşüb. Hammerberq “Aykakan Jamanak” qəzetinin baş redaktoru Nikola Paşinyanın da saxlanıldığı islah əmək müəssisəsində hakim rejimlə razılaşmadıqlarına görə azadlıqdan məhrum edilənlərlə 2 saata yaxın söhbət edib. Avropa Şurasının insan hüquqları üzrə komissarı 1 mart hadisələrindən sonra həbsdə saxlanılan Arutyun Urutyan, Sasun Mikaelyanla və siyasi məhbusların qohumları ilə də görüşüb. Avropa Şurası təmsilçisinin həbsxanada olduğu müddətdə Nikola Paşinyanın tərəfdarları həbsxana yaxınlığında aksiya keçiriblər. Hammerberq səfərin yekunlarına dair hazırlayacağı hesabatı qurumun insan haqları üzrə komitəsinə təqdim edəcək.