Xarici xəbərlər

Tunisdə 3 günlük matəm elan olunub

21-01-2011 | 12:44        

  

Tunisdə milli birlik hökumətinin ilk iclası keçirilib. Nazirlər ölkədə baş verən iğtişaşlar zamanı həlak olanların xatirəsinə 3 günlük matəm elan ediblər.

Tunisin milli birlik hökumətinin ilk toplantısında siyasi məhbusların azad edilməsinə dair qanun layihəsi qəbul olunub. Parlament bu qanun layihəsini dəstəkləyərsə, daha əvvəllər fəaliyyəti qadağan edilən “Ən-Nəhda” hərəkatının üzvləri həbsdən azad olunacaqlar. Hökumət “Ən-Nəhda” hərəkatı ilə yanaşı, ölkədə fəaliyyət göstərən bütün siyasi qruplara qarşı qoyulan qadağaların ləğvinə dair də qərar verib. Ölkədə prezident və parlament seçkilərinin keçirilməsi istiqamətində xüsusi komitə yaradılıb. Bu arada Prezident səlahiyyətlərini icra edən Fuad Mebazaa, baş nazir Məhəmməd Qannuşi və Ben Əli hakimiyyəti dövründə kabinetdə yer alan digər bütün nazirlər Demokratik Konstitusiya Birliyi partiyasından istefa veriblər. Buna baxmayaraq, ölkədə etiraz aksiyaları davam edir. Aksiyaçılar devrilən prezident Zin əl-Abidin ben Əlinin hökumətində olan nazirlərin istefasını tələb edirlər.  Nümayişçilər partiyanın binasına yürüş ediblər. Aksiyanı dağıtmaq üçün polis havaya atəş açıb. Hadisə zamanı ciddi xəsarət alan olmayıb.


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR